kriminal.az
Dünya şahmat tacı: Beşinci oyun baş tutdu

Şahmat üzrə dünya çempionu adı uğrunda beşinci görüşdə hazırkı dünya çempionu çinli Din Lijenin iddiaçılar turnirinin qalibi hindistanlı Dommaracu Qukeşlə matçı davam edir.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, Sinqapurda davam edən çempionluq matçının 5-ci partiyası bu gün baş tutub.

Qukeş ağ fiqurlarla, Lijen isə qara fiqurlarla oynayıb. Görüş heç-heçə başa çatıb.

Beşinci oyundan sonra hesab 2,5:2,5-dir. Altıncı oyun dekabrın 1-də keçiriləcək.

Qeyd edək ki, şahmat tacı uğrunda görüş klassik tərzdə 14 oyundan ibarətdir. 14-cü oyuna qədər şahmatçılardan biri 7,5 xal toplasa, görüşün qalibi vaxtından əvvəl müəyyən edilə bilər. Heç-heçə olacağı təqdirdə, şahmatçılar dekabrın 13-də tay-breyk oynayacaqlar.

Top
0.054113864898682