kriminal.az
Bədəni yanan bir yaşlı Tunarın anası:

Bir yaşlı Tunarın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Kriminal.Az-a onun anası Fədayə İsmayılzadə məlumat verib.

O bildirib ki, övladı oktyabrın 18-də ehtiyatsızlıq səbəbindən yanıb:

"Tunar ötən ilin noyabr ayında dünyaya gəlib, artıq bir yaşı var. Oktyabr ayının 18-də o, qaynar su dolu termosu üzərinə aşıraraq bədənini yandırıb. Onun bir ayağı və qolu tamamilə yanıb. Həmin gündən biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq, orada müalicələrimizə başladıq. Hazırda evimizdəyik, müalicələri etməyə isə imkanımız yoxdur".

Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:

"Üç gün əvvəl Tunarın bir yaşı oldu. Amma inanın, həm ağrıdığından, həm də imkansızlıqdan onun doğum gününü qeyd edə bilmədik. Tunara ən böyük doğum günü hədiyyəsi onun dərmanlarını və mazlarını ala bilməyimiz olar. Bunun üçün isə 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: 077 518-30-03.

Uni Bank: 5243 7544 3875 1834.

Top
0.043034076690674