Yeni Suraxanıda son günlər yük qatarlarının dəmir yolunda dəqiqələrlə dayanması yolda maşınların uzun tıxacına səbəb olur.
Kriminal.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, son günlər həmin dəmiryol keçidində qatarlar tez-tez dayanır və bu səbəbdən tıxac yaranır.
Vətəndaşlar əvvəllər burada belə halların az-az baş verdiyini, ancaq son günlər qatarların dəqiqələrlə yolda qaldığını bildirirlər.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Yeni Suraxanı qəsəbəsində yük qatarlarının dəmiryol keçidində dayanması aparılan təmir-tikinti işləri ilə əlaqəlidir.
Ətraflı süjetdə:
Suraxanıda yük qatarlarının dəqiqələrlə qalmasına səbəb AÇIQLANDI