kriminal.az
Qüdrət Həsənquliyev:

"Küçələrdə təmizlikçi işləyənlər 450 manat maaş alır. Vəziyyəti dəyişmək üçün bu sahənin təcili özəlləşdirilməsini təklif edirəm."

Kriminal.Az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, bununla yanaşı, fəlsəfə doktorları, AMEA-nın elmi işçilərinin də maaşları azdır:

"Onların da əməkhaqlarının artmasına ehtiyac var. O cümlədən statistik məlumatlara əsasən, ötən il Azərbaycanda kişilərin 47.5 faizi pensiya yaşına çatmadan vəfat edib. Bu məsələni nəzərə alaraq, sosial sahədə addımların atılmasını vacib hesab edirəm".

Mərahim Nəsib

Top
0.050621032714844