kriminal.az
Abşeronda avtomobil ər və arvadı vurdu: Ölən var

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var.

Kriminal.Az xəbər verir ki, hadisə Bakı-Quba yolunda qeydə alınıb.

VAZ-2107 markalı minik avtomobili yolu keçən ər və arvadı vurub.

Yaralılar xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, ölən qadın 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydalıyevadır.

Faktla bağlı araşdırma aparılır.

Top
0.070633172988892