kriminal.az
Əkiz bacıların yardıma ehtiyacı var: Müalicələri yarımçıq qalıb

Lalə və Leyla Rəhimovaların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Kriminal.Az-a onların anası Gülnarə Rəhimova məlumat verib.

O, övladlarının əkiz olduğunu bildirib:

"Lalə və Ləman doqquz aylıqdırlar, onlar doğulandan sonra biz onların hər ikisinin başında kista olduğunu öyrəndik. Həmin gündən də müalicələrə başladıq. Həkimlər müalicələri vaxtlı-vaxtında etsək, onların sağlamlığına qovuşacaqlarını, normal həyat yaşaya biləcəklərini deyiblər".

Gənc ana övladlarının müalicəsi üçün yardımsevər şəxslərdən dəstək istəyib:

"Lalə və Ləman 5 il sonra dünyaya gəliblər, mən onların yolunu çox böyük həsrətlə gözləmişəm. İndi isə onların xəstəlikləri məni tamamilə məhv edir. Övladlarımın tam sağalmayacaqlarını düşünəndə ağlım başımdan çıxır. Bu günə qədər bütün müalicələrini etmişik. Hazırda çox çıxılmaz vəziyyətdəyik, müalicə üçün 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 511-86-30.

Bank Respublika: 4244 4848 4328 2850.

Top
0.044717073440552