kriminal.az
Qədir Xəlilov:

"Hazırda Azərbaycan Könüllülərinin VII həmrəylik forumunda üç mindən çox könüllü iştirak edir".

Kriminal.Az xəbər verir ki, bu sözləri Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov Azərbaycan Könüllülərinin VII həmrəylik forumunda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həftə ərzində 20-30 minə yaxın könüllünü əhatə edəcək forumda gənclərlə birlikdə yüzlərlə tədbirin keçirilməsi planlaşdırılır:

"Könüllülük Həftəsinin ilk gününü qeyd edirik. Artıq könüllülük Azərbaycanda artıq bir simvola çevrilib. Prezidentin rəhbərliyi ilə ölkədə keçirilən gənclər siyasətində, bütün quruculuq işlərində könüllülərimiz yüksək səviyyədə təmsil olunurlar. Buna nümunə olaraq, bir neçə gün əvvəl sona çatmış COP29-da 3 000-dən çox könüllünün iştirakını göstərmək olar".

Aygün Mirakif

Top
0.041631937026978