Nərimanov rayonu, Təbriz küçəsində piyada keçidi və işıqfor olmadığı üçün bu ərazidə tez-tez qəzalar baş verir.
Kriminal.Az Xəzər TV-yə istinadən bildirir ki, bu barədə əraziyə yaxın yaşayan sakinlər belə deyirlər.
Bununla bağlı görüntülər də göndərilib. Hətta sakin iddia edir ki, ərazidə piyada keçidi olmadığından yolu keçməyə çalışan uşağı avtomobil vurub və bu, tez-tez baş verən haldır.
Ərazidə yaşayan sakinlər təhlükəsizlik üçün yolda piyada keçidinin olmasını zəruri hesab edirlər. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, əraziyə baxış keçiriləcək və təhlillər aparılacaq.
Ətraflı videomaterialda:
Piyada keçidi və işıqfor olmadığından tez-tez qəzaların baş verdiyi paytaxt yolu