kriminal.az
Masazırda küçələri su basdı: Sakinlər təxliyə edilirlər

Abşeron rayonu Masazır qəsəbəsində küçələri su basıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Kriminal.Az-a bildirilib ki, sözügedən ərazilərin subasmaya məruz qalması ilə nazirliyin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Daxil olan məlumatlar əsasında əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.

Abşeron rayonu Masazır qəsəbəsinin sakinləri küçələrindəki bərbad vəziyyətdən şikayətçidirlər.

Bununla bağlı onlar Kriminal.Az-a şikayət ünvanlayıblar.

Sakinlərin sözlərinə görə, ötən gün yağışdan sonra Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində fərdi yaşayış evlərinin həyətlərinə su dolub:

"Kanalizasiya suyu çəkmir. Yağış suları ətrafı basıb. Evlərə su dolub. Hazırda işə getməyə tələsənlər var, su o qədər çoxdur ki, çıxıb gedə bilmirik".

Sakinlərin iddiasına görə, ərazidə yaşayan bir ailəni Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidən təxliyə ediblər.

Sözügedən məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlanıb.

Ərazidən foto və videoları təqdim edirik:

Aygün Mirakif

Top
0.041922092437744