Azərbaycanda iki məktəbə direktor təyin edilib.
Kriminal.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ülkər Rüstəm qızı Əliyeva Yevlax şəhər 6 nömrəli tam orta məktəbə, Lalə Məhəmməd qızı Məmmədova isə Yevlax rayon Salahlı kənd tam orta məktəbinə direktor təyin olunublar.
Onlar direktorların işə qəbulu müsabiqəsinin test və müsahibə mərhələsini uğurla tamamlayaraq bu vəzifələrə təyinat alıblar.