Masallı Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub.
Kriminal.Az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Coşqun İldırım oğlu Məmmədov Sığortanın təşkili və innovasiya şöbəsinin Tibbi Sığorta bölməsinin müdiri təyin edilib.