kriminal.az
Rövzət Qasımov:

"Bəzi dairə seçki komissiyalarında (DSK) seçicilərin müəyyən artım dinamikası olub, bunu nəzərə alaraq bəzi DSK-ların məntəqələrində dəyişikliyə zərurət yaranıb".

Kriminal.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qurum sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, 1 saylı Şərur - Sədərək və 68 saylı Sabirabad-Şirvan dairəsində yeni seçki məntəqələrinin yaranmasına ehtiyac yaranıb:

"Məntəqə seçki komissiyalarının formalaşması həmin dairə seçki komissiyalarına həvalə edilməlidir. Qərar dərc edildiyi gündən qüvvəyə minib".

Mərahim Nəsib

Top
0.053213119506836