27 yaşlı Aynurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Kriminal.Az-a onun anası Radə Əliyeva məlumat verib.
O bildirib ki, qızına iki il öncə böyrək köçürülüb:
"Aynurun 27 yaşı var, o, 11 il dializ xəstəsi olub, iki il öncə ona atasının böyrəyi köçürülüb. Böyrək köçürüləndən sonra isə qızımda şəkər xəstəliyi də yaranıb. Hazırda Aynurun müalicələrini davam etdirmək üçün imkanımız yoxdur".
Radə Əliyeva Aynurdan başqa 3 uşağının da böyrək çatışmazlığından vəfat etdiyini deyib.
"Mənim beş uşağım var idi. Birini bir yaşında, birini 13, digərini isə ötən il 23 yaşında böyrək çatışmazlığı səbəbindən itirmişəm. 23 yaşlı qızıma mən öz böyrəyimi vermişdim. Əməliyyatı və müalicəsi üçün, inanın, hər şeyimizi satmışdıq. Hazırda Aynurun da vəziyyəti çox pisdir. Mən bir övladımı da bu xəstəliyə qurban vermək istəmirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 581-86-42.
Kapital Bank: 4168 7388 8607 3042.