Paytaxtın Binəqədi və Nizami rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Kriminal.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, S.S.Axundov küçəsi ilə Ş.Məmmədov küçəsinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və 7-ci mikrorayon, F.Məlikov küçəsində qaz xəttinin və tənzimləyicinin, həmçinin Nizami rayonu, Çobanzadə küçəsi, 61 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 10.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-bərpa işləri aparılan müddətdə Binəqədi rayonu üzrə S.S. Axundov küçəsinin bir hissəsinin, A.Kunanbayev və İ.Hacıyev küçələrinin, Nizami rayonu üzrə isə B.Çobanzadə küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.