kriminal.az

"Qarabağın təbii ehtiyatları atlası"nın hazırlanması məqsədilə təbii ehtiyatların siyahılaşdırılması və atlasın elektron variantda hazırlanması işləri başa çatıb".

Kriminal.Az "Report"a xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli Ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən, atlas üzərində əlavə kartoqrafik işlər aparılıb və bu ilin sonunadək çap olunması nəzərdə tutulur:

"Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının təqdim etdiyi məlumatlara əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hər biri üzrə ayrı-ayrılıqda 10 adda tematik xəritə elektron variantda hazırlanaraq Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutuna təhvil verilib".

Top
0.071686029434204