kriminal.az
Təcili yardım çağırışına gedən həkim özü xəstəxanalıq olub: Qarşı tərəfi hansı cəza gözləyir?

Təcili yYardım çağırışına gedən həkim özü .

Kriminal.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, dekabrın 8-i Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə daxil olan çağırış ilə ünvana gedən həkim xəstənin yaxınları tərəfindən döyülüb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Hüquqşünas Emil Aslanov bildirib ki, təcili yardım əməkdaşlarına qarşı fiziki zorakılıq göstərmək və ya onları döymək, qanunvericiliyə görə, cinayət məsuliyyəti yaradır. Konkret cəzalar isə hadisənin xarakterindən və nəticələrindən asılı olaraq dəyişir.

Hüquqşünas həmçinin onu da bildirib ki, əgər xəsarətlər ictimai yerdə törədilibsə, əlavə olaraq xuliqanlıq niyyəti ilə cəza verilərək müddət uzadıla bilər.

Ətraflı süjetdə:

Təcili yardım çağırışına gedən həkim özü xəstəxanalıq olub: Qarşı tərəfi hansı cəza gözləyir?

Top
0.045758008956909