Cəlilabad rayonunda təxminən bir aya yaxındır ki, onkoloji xəstələrə dərmanlar verilmir.
Kriminal.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, sözügedən dərmanların apteklərdə satışı qadağan olduğu üçün sərbəst şəkildə almaq mümkün deyil.
Bu dərmanlar yalnız xüsusi reseptlə verilir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, onkoloji xəstələrin dərman təminatı məsələsi digər qurumlarla koordinasiyalı şəkildə həyata keçirilir.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olan onkoloji xəstələrin dərmanla təmin edilməsi məsələsi də ən qısa zamanda həll ediləcək. Onkoloji xəstələrə verilən ağrıkəsicilər artıq sözügedən tibb müəssisəsinə göndərilib.
Ətraflı süjetdə:
Cəlilabadda onkoloji xəstələrə dərmanlar NİYƏ VERİLMİR?