kriminal.az
Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim:

Dörd yaşlı İbrahim Abbasov ağır xəstəliklə mübarizə aparır.

Bu barədə Kriminal.Az-a onun anası Əfsanə Abbasova məlumat verib.

Bildirib ki, övladının qarın boşluğunda bədxassəli şiş var və əməliyyatla götürülməlidir:

"Bunun üçün İbrahim əvvəlcə altı kurs kimyaterapiya almalı idi. Artıq onlar bitib. Bizə İbrahimin əməliyyatı üçün 30 min dollar lazım idi. Onun 19 000 dollarını toplasaq da, qalan məbləği yığa bilmirik. Dekabrın 14-ü əməliyyata görə Türkiyəyə uçuruq. Xalqımdan xahiş edirəm, balamı ölümə tərk etməsinlər. Bizə bu ağır günlərimizdə dəstək olsunlar. İbrahimə ona dəstək olan şəxslərdən danışıram. Uşaq da olsa, hər şeyi başa düşür. Xəstəliyinə dəstək olanları eşitdikcə sevinir. Deyir ki, ana, mən burada qalmaq istəmirəm, kömək etsinlər, sağalım. Artıq yorğun düşüb bədəni də. Psixologiyası alt-üst olub. Ağır iynələr onu çox yorub. Allah heç kimi belə ağır dərdlə sınağa çəkməsin. Bayram gəlir qarşıdan. İbrahimə söz vermişəm ki, gələn il sağalıb həyətdə uşaqlarla oynayacaqsan".

Ailə ilə əlaqə: (055) 736-92-70.

"Kapital Bank": 5239 1517 1343 5306.

Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, mən sağalım"

Top
0.084244012832642