Samuxda dördotaqlı ev yanıb.
Kriminal.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, rayonunun Köbər kəndində ümumi sahəsi 180 kvadratmetr olan kürsülü, birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.