Korrupsiya.az informasiya agentliyinə, “Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin” tələbələrindən redaksiyamıza şikayət daxil olub.
Şikayətdə tələbələr media vasitəsi ilə, Təhsil Nazirliyinin nəzərinə çatdırmaq istəyirlər ki,
tələbələr peşə məktəbindən aylıq təqaüdlərini 3 aydan çoxdur ki, ala bilmirlər.
Şikayətdə bildirilir ki, hər dəfə maliyyə şöbəsinə üz tutanda bizə müxtəlif bəhanələrlə simvolik olaraq süni bariyerlər qoyularaq aylıq təqaüdlarimizi vermirlər.Səbəbini soruşduqda isə, Təhsil nazirliyinin əmr verməməsini bəhanə edərək, mövzudan yayınırlar.
Xatırladaq ki, “Bərdə Dövlət Peşə Məktəbində” 1100 tələbə təhsil alır, 70 qrupun 60 qrupu aylıq tələbə təqaüdü alır. Aşağı qiymətlə oxuyan tələbələr aylıq 66 azn, orta qiymət alan tələbələr 80 azn, yüksək qiymət alan tələbələr isə, 100 azn aylıq təqaüd alır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətimizdə saxlayacağıq.