kriminal.az
Autizm sindromlu azyaşlının müavinəti niyə kəsilib? - ŞİKAYƏT

Övladını müayinəyə aparır, xəstəxanada 21 gün qalmasını da təmin edir, lakin dayandırılan müvaniəti bərpa edə bilmir.

Kriminal.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, iki bacının qardaşı, ailənin sonbeşiyi olan Bəhram Hüseynov Tovuz rayonunda yaşayır. İllərdir ailəsi onun xəstəliyinə görə müavinət alıb, uşağın ehtiyaclarını ödəyib. Hazırda onun müavinəti dayandırılıb.

Ana isə ona aidiyyəti qurumların dediyi sənədləri düzgün topladığını və stasionar şəraitdə ixtisaslaşmış xəstəxanalarda müayinə və müalicələrə də cəlb olunduğunu bildirib. Valideyn iddia edir ki, bütün bunlara baxmayaraq, autizm sindromlu övladının müavinəti iki ildir ki, kəsilib.

Mətanət Abdullayeva bildirir ki, övladı Bakıda xüsusi internat məktəbində təhsil alır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasından bildirilib ki, məhz müavinət də uşağın təhsil almasına görə dayandırılıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyindən mövcud problemlə bağlı "Xəzər Xəbər"in sorğusuna cavabında bildirib ki, məsələ yenidən araşdırılıb və müavinət bərpa ediləcək.

Ətraflı süjetdə:

Autizm sindromlu azyaşlının müavinəti niyə kəsilib? - ŞİKAYƏT

Top
0.066370010375977