Sosial mediada Sumqayıt şəhərinin 38 nömrəli tam orta məktəbində müəllimin şagirdi stulla vurmasına dair görüntülər yayılıb.
Kriminal.Az xəbər verir ki, hadisə ilə əlaqədar Bakupost.az-ın sorğusuna cavab verən Abşeron-Xızı Regional Təhsil İdarəsindən qeyd edilib ki, məsələ ilə bağlı araşdırma aparılıb.
"Bildiririk ki, "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda, məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb.
İdarə tərəfindən təhsil müəssisəsində sağlam psixoloji mühitin təmin ediıməsi məqsədilə valideynlər və müəllimlə maarifləndirici söhbət aparılıb.
Qeyd edirik ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət əsas amil kimi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - açıqlamada vurğulanıb.