"Selena Qomesin nişanlandığını eşidən Castin Biber çaşqınlıq yaşayıb".
Kriminal.Az-ın məlumatına görə, bu barədə "Daily Mail" nəşri ulduza yaxın mənbəyə istinadla xəbər yayıb.
"Castin evlidir və övladı var, bunu hamımız bilirik. Lakin o, Selenanın nişanlandığını eşidəndə bir anlıq çaşqınlıq yaşadığını etiraf edib. Çünki bu, hətta onlar bir daha heç vaxt dost olmasalar belə, bir dövrün rəsmi sonunu göstərir", - mənbə bildirib.
Bununla belə, Castin Biberin Selena Qomesin nişanlanması xəbərini normal qarşılaması vurğulanıb. Mənbənin sözlərinə görə, Castin onun xoşbəxt olmasını istəyir.
Mənbə əlavə edib ki, müğənni pərəstişkarlarının sakitləşəcəyinə və onların yenidən bir araya gələcəyi ilə bağlı söhbətlərin sona çatacağına ümid edir.
Qeyd edək ki, Selena Qomes müğənni Castin Biberlə 2010-cu ildən 2018-ci ilə qədər münasibətdə olub. Məşhur cütlük bu müddət ərzində bir neçə dəfə ayrılıb və barışıb.