Bakıda 63 yaşlı qadın dərmandan zəhərlənib.
Kriminal.Az "Qafqazinfo" istinadən xəbər verir ki, dekabrın 19-u saat 11 radələrində 1961-ci il təvəllüdlü Minəxanım Hacı qızı Əkbərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə çatdırılıb.
Yaşadığı Nəsimi rayonu 4-cü mikrorayon Mircəlal küçəsindəki evdən tibb müəssisəsinə aparılan qadın az sonra vəfat edib.
M.Əkbərovanın hansı dərmandan və hansı şəraitdə zəhərlənməsi hələlik açıqlanmayıb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.