2 nömrəli Gəncə Peşə Məktəbində qaz təchizatı olmadığı üçün sinif otaqları qızmır.
Kriminal.Az "ATV Xəbər"ə istinadən xəbər verir ki, məktəb dörd il öncə təmir olunub istifadəyə verilsə də, siniflərdə elektrik sobası işlədilir.
Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Həvva Gözəlova bildirib ki, qurum problemin aradan qaldırılması istiqamətində iş aparır.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev isə bildirib ki, binaya mavi yanacağın verilməsi ilə bağlı quruma heçbir müraciət daxil olmayıb.
Ətraflı süjetdə:
Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?