kriminal.az
On dörd yaşlı Mirsəyidin ayağa qalxması üçün dəstəyə ehtiyacı var

On dörd yaşlı Mirsəyidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bununla bağlı Kriminal.Az-a onun anası Nigar Seyidova müraciət edib.

O bildirib ki, övladı əzələ əriməsi xəstəliyindən əziyyət çəkir.

"Mirsəyidin 14 yaşı var, o, əzələ əriməsi xəstəliyindən əziyyət çəkir. Hazırda bu xəstəliyin müalicəsi mümkün olsa da, çox bahadır. Müalicə yalnız bir dərmanla mövcuddur. "Elevidys 51" adlı həmin dərmanın qiyməti üç milyon dollardır".

Nigar Seyidova övladının yeriyə bilmədiyini deyib.

"Mirsəyid artıq illərdir yeriyə bilmir, ayağa qalxa bilmir. Hazırda o dərmanı almaq üçün bizim imkanımız yoxdur. Bir neçə aydır bu dərmanı almaq üçün çalışırıq, hələ ki cəmi 1 000 dollar toplaya bilmişik. Yardımsevər şəxslərdən bu dərmanın pulunu toplamaqda bizə kömək olmağı istəyirəm".

Ailə ilə əlaqə: (050) 551-30-30.

"Beynəlxalq Bank": 4127 2093 0161 4522.

Top
0.042604923248291