kriminal.az
Türkiyə vətəndaşı Azərbaycanda öldü

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.

Kriminal.Az "Report"a istinadla xəbər verir ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib.

İlkin ehtimala əsasən, o, ürək çatışmazlığından ölüb. Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmaya başlanılıb.

Top
0.062072038650513