Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
Kriminal.Az APA-ya istinadən məlumat verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik maşını yolu keçən piyadanı vuraraq ağır xəsarətlər yetirib. Yaralı Hacıqabul sakini, 1949-cu il təvəllüdlü Tahir Yaqub oğlu Hüseynov Şirvan xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.