kriminal.az
Dünyanın ən gözəlüzlü qadınları açıqlandı: Siyahıda beş məşhur türkiyəli aktrisa da var

"The Candlers" və "Independent Critics" şirkətləri tərəfindən hazırlanan "2024-cü ilin dünyanın ən gözəl simaya sahib olan 100 qadını" ("The 100 Most Beautiful Faces of 2024") siyahısı dərc olunub.

Kriminal.Az NTV.com.tr-yə istinadən xəbər verir ki, siyahıda Türkiyənin beş məşhur aktrisası yer alıb.

"Sol Yanım", "İçimizden Biri", "Sefir" və "Baba" seriallarında rol alan aktrisa Özge Yağız bu nüfuzlu siyahıda 97-ci sırada qərarlaşıb.

"Bir gece masalı" serialının ulduzu Su Burcu Yazgı Coşkun siyahıda 83-cü yerdədir.

"Kızılcık şerbeti"nin "Doğa"sı Sıla Türkoğlu 74-cü yeri tutub.

"Yalı Çapkını"nın ulduzu Afra Saraçoğlu 57-ci yerdədir.

Hande Erçel isə siyahıda 25-ci yerdə qərar tutub.

İlk 10-luğa düşən adlar isə aşağıdakılardır:

10. Casmin Tuks

9. Sidney Svini

8. Sitala

7. Rouz

6. Daşa Taran

5. Nenci Cuel Makdoni

4. Alba Baptista

3. Andrea Botes

2. Cisoo

1. Andrea Brillantes

Top
0.044857978820801