kriminal.az
Belçika birdəfəlik veyplərin satışını qadağan etmək qərarına gəlib

Belçika birdəfəlik elektron siqaretlərin satışına qadağa qoyan ilk Avropa ölkəsi ola bilər.

Kriminal.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, belə bir qərar yanvarın 1-də hökumət tərəfindən veriləcək.

Məlumata əsasən, Böyük Britaniya, Fransa və Almaniya da oxşar qərar qəbul etməyi planlaşdırırlar. Bununla belə, ekspertlər belə tədbirlərin istehlakçıların qeyri-leqal məhsullara keçməsinə səbəb ola biləcəyindən ehtiyat edirlər.

Top
0.043389081954956