İsrail əhalisinin sayı 2024-cü ildə 10 milyon nəfəri keçib.
Kriminal.Az xəbər verir ki, bu barədə İsrailin Mərkəzi Statistika Bürosu məlumat yayıb.
Qeyd olunur ki, 10,02 milyon əhalinin 7,7 milyonu yəhudilər (ümumi əhalinin 76,9 faizi), 2,1 milyonu ərəblər (ümumi əhalinin 21 faizi), 216 min nəfəri əcnəbilərdir (ümumi əhalinin sayının 2,1 faizi).
Məlumata görə, il ərzində İsraildə təxminən 181 000 körpə doğulub. 2024-cü ildə miqrasiya saldosu mənfi olub və 18,2 min nəfər təşkil edib.