Türkiyəli müğənni, aktyor Cem Belevi və astroloq Duyğu Dəmir azərbaycanlı jurnalist Nərmin Balayevanın təqdimatında Türkiyənin "Haber Global" telekanalında yayımlanan "Yeni ilə özəl" verilişinin qonağı olublar.
Verilişdə yaradıcılıq planlarından danışan müğənni Cem Belevi bir müddət əvvəl səfər etdiyi Bakı barədə təəssüratını da bölüşüb.
"Mən sonuncu dəfə Bakıda beş il əvvəl səfər etmişdim. Sonuncu səfərim zamanı isə çox böyük fərq gördüm. Şəhərdə inkişaf dərhal gözə girir. Küçələr xüsusən diqqətimi çəkdi, hər yer çox təmiz idi. Şəhərdə qələbəlik olsa da, idarə olunan, nizamlı bir qələbəlikdir. Sizin məmləkəti çox sevirəm, əslində ora həm də bizim məmləkətdir", - deyə Cem Belevi vurğulayıb.
Verilişin davamında sənətçi məşhur "Ayrılıq" mahnısından bir parçanı da ifa edib.