kriminal.az

ABŞ-nin Las-Veqas şəhərində "Tesla Cybertruck" avtomobili Donald Trampa məxsus hotelin yaxınlığında partlayıb və yanıb.

Kriminal.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Partlayış "Trump International Hotel"in yaxınlığında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hündürmərtəbəli binanın yaxınlığındakı yolları bağlayıblar. Şəhər sakinlərinə hadisə baş verən ərazidən uzaq durmaq tövsiyə olunub.

Partlayışın səbəbi ilə bağlı araşdırmalar aparılır.

Top
0.046268939971924