Əməliyyatla üz cizgilərini dəyişdirdiyinə görə mətbuatda çox vaxt "Pişik qadın" kimi adlandırılan isveçrəli Joslen Vildenşteyn Parisdə vəfat edib.
Kriminal.Az xəbər verir ki, bu barədə "Paris Match" məlumat verib.
Qeyd olunur ki, Vildenşteyn Parisdə hotellərin birində ağciyər emboliyasından dünyasını dəyişib.
Xatırladaq ki, o, sonuncu dəfə dekabrın 18-də ictimaiyyət qarşısında görünmüşdü.