kriminal.az
Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar

Fransada Yeni il gecəsində vandallar 984 avtomobili yandırıb, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum ediblər.

Kriminal.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

"420 nəfər saxlanılıb, 310 nəfər isə nəzarətə götürülüb", - jurnalistlər təhlükəsizlik qüvvələrinə istinadən bildiriblər.

Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Bruno Retayo əlavə edib ki, vandallar bayram atəşfəşanlığından avtomobilləri yandırmaq, həmçinin jandarmeriyaya hücum etmək üçün istifadə ediblər.

Lion şəhərində atılan fişənglərdən biri iki yaşlı qızın olduğu uşaq arabasına dəyib. Uşaq üzündən aldığı xəsarətlə xəstəxanaya aparılıb.

Top
0.044764995574951