İranın Hörmüzqan vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Kriminal.Az-ın "Mehr" agentliyinə istinadla verdiyi məlumata görə, zəlzələnin ocağı 17 kilometr dərinlikdə qeydə alınıb.
Yeraltı təkanların episentri Bəndər-Abbas şəhərinin Təxt rayonu olub.
Hazırda ölənlər və dağıntılar barədə məlumat yoxdur.