Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şeybani bu vəzifəyə təyin olunduqdan sonra ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edib.
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə Suriya mediasında görüntülər yayılıb.
XİN rəhbərini müdafiə naziri Murhef Əbu Qasra və Suriya kəşfiyyatının rəhbəri Ənəs Xattab müşayiət edib.
Müvəqqəti hökumət hələlik səfərin məqsədi və müddəti ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, dəvət Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi tərəfindən olub.
"Səudiyyə Ərəbistanının xarici işlər naziri zati-aliləri Feysəl bin Fərhan Al Səud tərəfindən krallığa səfər etmək üçün rəsmi dəvət almışam. Bu dəvəti məmnuniyyətlə qəbul edirəm. İlk rəsmi səfər zamanı ölkəmi təmsil etmək mənim üçün şərəfdir", - deyə əş-Şeybani səfərdən əvvəl özünün "X" hesabında bəyan edib.
O, Suriyanın yeni hökumətinin Ər-Riyadla strateji münasibətlər qurmağa ümid etdiyini vurğulayıb.