Yeni ilin ilk günü İranın müxtəlif həbsxanalarında 15 məhbus dar ağacından asılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı İranda İnsan Haqları Müdafiəçiləri Qrupuna (HRANA) istinadla xəbər verir.
Məlumata görə, Məlayir, Bəndər Abbas, Yasuc və Kərəcin Qızılhisar zindanlarında ölüm hökmləri icra edilən məhbuslar narkotik qaçaqmalçılığı və qətldə günahlandırılıblar.
Qeyd olunub ki, Qızılhisar həbsxanasında 10, Bəndər Abbasda üç, Məlayir və Yasuc zindanlarının hər birində isə bir məhbusun ölüm hökmü həyata keçirilib.