Almaniyanın xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Avropa İttifaqı (Aİ) adından Suriyaya birgünlük səfərə yola düşürlər.
Kriminal.Az-ın "The Times of Israel"ə istinadən xəbərinə görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, səfər zamanı Berbok Suriyanın yeni hökumətinin lideri Əhməd əş-Şaraa ilə görüşəcək.
"Mənim fransız həmkarımla birlikdə və Aİ adından bugünkü səfərim suriyalılar üçün aydın siqnaldır: Avropa və Suriya arasında, Almaniya və Suriya arasında yeni siyasi münasibətlərin başlanması mümkündür", - deyə Berbokun açıqlamasında bildirilib.