kriminal.az
Rusiyada Şaxta baba iş adamını güllələdi

Rusiya Federasiyasının Çuvaşiya Respublikasının Kanaş şəhərində yanvarın 2-də Şaxta baba paltarı geyinmiş silahlı şəxs iş adamını güllələyib.

Bu barədə Kriminal.Az "Mash" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, cinayətkarın üzərində qoşalülə ov tüfəngi olub və atışmadan sonra o qaçıb. Hadisə günorta saatlarında baş verib. Atəş açan şəxs keçmiş məhkum olub, öldürülən şəxs isə əvvəllər polis orqanında çalışıb.

İlkin səbəb kimi cinayətkarın keçmiş polisdən onu həbsxanaya göndərməsinə görə intiqam alması göstərilir.

Hücum edən şəxs saxlanılıb. Dindirilmə zamanı o, kostyumu konspirasiya məqsədilə aldığını etiraf edib. Bu yolla onu tez zamanda aşkara çıxarmayacaqlarına ümid etdiyini bildirib.

Top
0.042340040206909