Moskva məhkəməsi "Yandeks"i Rusiyanın ən böyük neft emalı zavodlarından birinin infrastrukturunun xəritələrinə və şəkillərinə girişi öz xidmətində bağlamağa məcbur edib. Buna səbəb isə Ukrayna pilotsuz uçuş aparatlarının zavoda davamlı hücumları olub.
Kriminal.Az-ın məlumatına görə, bu barədə TASS məhkəmə sənədlərinə istinadən xəbər verib.
Bildirilir ki, "Yandeks" şirkətindən dövlət rüsumu tutulub.
"İddianın tələbləri təmin edilsin. "Yandeks" MMC-yə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən bir ay ərzində müəssisənin tərkib hissələrinin (sexlər, kompressor stansiyaları, sistern meydançaları, zavodun digər elementləri) qrafik təsvirlərini "Yandeks xəritələr" axtarış-məlumat xəritə xidmətindən silmək və ya retuş etmək yolu ilə neft emalı şirkətinin infrastrukturu barədə məlumatı gizlətmək tapşırılsın", - deyə məhkəmə qərarında deyilir.
Nəzarət orqanının nümayəndəsi tələbini belə əsaslandırıb ki, Rusiyanın strateji əhəmiyyətli regionunda neft emalı zavodunun bütün obyektləri haqqında məlumat xidmətin xəritələrində əlçatan olub.
Qeyd edilir ki, ötən ilin mayında obyektlərin və onun əməkdaşlarının təhlükəsizliyi məsələsini "Yandeks"in baş qərargahı ilə birbaşa həll etmək cəhdləri uğursuz olduqdan sonra nəzarət orqanı məhkəmə instansiyasına müraciət etməyə məcbur olub.
Məhkəmənin qərarı qanuni qüvvəyə minməyib və apellyasiya qaydasında şikayət verilə bilər.