Şotlandiya Liberal Demokrat Partiyasının hazırladığı hesabatda 2017-ci ildən bu yana ölkədə 1501 körpənin narkotik asılılığı ilə doğulduğu bildirilib.
Kriminal.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, bu hala analarının qadağan olunmuş narkotik vasitələrdən istifadə etməsi səbəb olub.
Hesabatda, həmçinin narkotik aludəçisi kimi doğulan körpələrdə nəzarət oluna bilməyən titrəmə, hiperaktivlik, dəri səpgiləri və yüksək səslə ağlamalar olduğu qeyd edilib.