kriminal.az
Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır

Dəməşq hava limanı bir neçə gündən sonra beynəlxalq uçuşları həyata keçirməyə başlayacaq.

Kriminal.Az-ın "Reuters" agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə Suriyanın Mülki Aviasiya İdarəsinin rəhbəri Əhməd əs-Səlibi məlumat verib.

"Biz 2025-ci il yanvarın 7-dən etibarən Dəməşq Beynəlxalq Hava Limanında beynəlxalq uçuşların qəbuluna başlayacağımızı elan edirik", - deyə o qeyd edib.

Qeyd edək ki, dekabrın 22-dən Dəməşq Beynəlxalq Hava Limanı təyyarələrin qəbulu və göndərilməsi fəaliyyətini yalnız mülki aviasiya üzrə məsul dövlət orqanından xüsusi icazələri əsasında davam etdirir.

Xatırladaq ki, dekabrın 8-də Suriyanın silahlı müxalifəti Dəməşqin ələ keçirildiyini və əvvəlki hökumətin süqutunu elan edib. Suriya prezidenti Bəşər Əsəd ölkədən qaçaraq, Rusiyada siyasi sığınacaq alıb. Respublikanın müvəqqəti baş naziri Məhəmməd əl-Bəşir 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətin formalaşdırıldığını elan edib.

Top
0.048228979110718