2024-cü ilin noyabrında keçirilən seçkidə qalib gələndən bəri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp donorlardan 200 milyon dollardan çox vəsait toplayıb. Bu məbləğ yeni seçilən prezidentlər üçün rekorddur.
Kriminal.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, toplanan vəsait Trampın andiçmə mərasiminin təşkili, siyasi tədbirlərin maliyyələşdirilməsi və potensial olaraq prezident kitabxanasının yaradılması üçün istifadə olunacaq.
Hazırda Trampı dəstəkləyən donorlar arasında "Pfizer", "Amazon" və "OpenAI" kimi böyük korporasiyalar, həmçinin kriptovalyutalarla əlaqəli şirkətlər var.