kriminal.az
Dövlət Departamentinin yeni sözçüsü kim olacaq?

ABŞ-nın yeni seçilmiş Prezidenti Donald Tramp Dövlət Departamentinə yeni təyinat elan edib.

Kriminal.Az xəbər verir ki, o, bu barədə yanvarın 4-də "Truth Social" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Tramp Metyu Millerin əvəzinə Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsinə jurnalist, "Fox News" kanalının aparıcısı və tanınmış politoloq Temmi Bryusun təyin ediləcəyini açıqlayıb.

Tramp Bryusun peşəkar təcrübəsinin və siyasi baxışlarının vacibliyini qeyd edib.

Xatırladaq ki, analitik nəşrləri və verilişləri ilə məşhurlaşan Temmi Bryus mühafizəkar mühitdə ictimai rəyin liderlərindən biri kimi qəbul edilir.

Top
0.045265913009644