kriminal.az
Türkiyədən nadir kadrlar:

Türkiyənin Bayburt bölgəsində nəsli kəsilməkdə olan və "Meşənin kabusu" kimi tanınan, pişikkimilər fəsiləsinə aid vaşaq görünüb.

Bu barədə Kriminal.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Ümumdünya Təbiəti və Təbii Sərvətləri Mühafizə Birliyinin (IUCN) qırmızı siyahısında olan vaşaqlara Bayburtda bir ay ərzində iki dəfə rast gəlinib.

Bölgənin Kurbanpınar kəndində yemək axtaran vaşaq Veysel Karani Yerlikaya adlı sakinin dron kamerasına düşüb. Normal bir pişikdən beş qat böyük olan heyvan xeyli müddət ərazidə təkbaşına gəzdikdən sonra uzaqlaşaraq gözdən itib.

Qeyd edək ki, vaşaq bir neçə gün əvvəl də Bayburtun Kitre kəndində görünüb və yerli sakinin mobil telefonu ilə lentə alınıb.

Top
0.042829036712646