Fələstinin HƏMAS hərəkatının İsrailin şərtləri ilə razılaşması Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı son addımdır. Belə ki, tərəflər arasında gələcək müqavilənin əsas detalları artıq razılaşdırılıb.
Kriminal.Az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Məlumata görə, sazişin bağlanmasına əsas maneələrdən biri HƏMAS-ın ilkin mərhələdə azad ediləcək girovların adlarını çəkməkdən imtina etməsidir. Qətərin vasitəçiliyi ilə bərpa edilən danışıqlarda HƏMAS nümayəndə heyəti bütün girovları tapmaq üçün onlara bir həftə vaxt lazım olduğunu bildirib. Onlar, həmçinin İsrailin razılaşmaya əsasən azad edilən girovların sayını artırmaq istədiyi barədə xəbərləri də təsdiqləyiblər.
İsrail hesab edir ki, 2024-cü il oktyabrın 7-də oğurlanan 251 girovdan 96-sı hələ də Qəzza zolağındadır. Son 14 ay ərzində İsrail hərbçiləri 8 girovu xilas edib, 38 nəfərin cəsədini bölgədən çıxarıblar.