Salvador sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Kriminal.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 525 min nəfər əhalisi olan paytaxt San Salvadordan 64 km cənub-qərbdə olub.
Zəlzələnin ocağı 53 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.