İsrail danışıqlar zamanı Qəzza zolağı ilə bağlı müzakirə edilən razılaşma çərçivəsində radikalların azad etməyə hazır olduqları girovların siyahısını hələ də HƏMAS-dan almayıb.
Kriminal.Az xəbər verir ki, bu barədə TASS-a İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Qendelman bildirib.
Eyni zamanda, Qendelman qeyd edib ki, İsrailin danışıq qrupu növbəti 24 saat ərzində Qətərə uça bilər.