kriminal.az
Konor Makqreqor dağıstanlıları təhqir etdi

"Ultimate Fighting Championship" (UFC) yarışmasının irlandiyalı döyüşçüsü Konor Makqreqor İrlandiyada döyüşçülərin olmadığını deyən rusiyalı Həbib Nurməhəmmədova dağıstanlıları təhqir edərək cavab verib.

Kriminal.Az xəbər verir ki, Makqreqor öz fikirlərini sosial şəbəkələrdə yazıb.

"Siz avara və satqınsınız. Biz sizə "sarıdiş" deyirik. Noxud boyda beyinlər, artistlik yox, yaradıcılıq sıfır. Sizə görə utanıram", - Makqreqor yazıb.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında Həbib UFC 229-da Makqreqoru məğlub edib. Döyüş dördüncü raundda başa çatıb.

34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Puarye ilə olub. İrlandiyalının ayağı sınıb və görüş birinci raundda başa çatıb.

Top
0.046123027801514